Çərpələng uçuran | Xalid Hüseyni

Xalid HuseyniKiatabları sevirəm, amma hər kitabı da yox.  Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdı.(bildiyim qədəri ilə digər romanı da”Min möhtəşəm günəş”di) Düzünü etiraf etsəm, əsərin türkcə adı daha çox xoşuma gəldi-“Uçurtma avcısı”.

Əsər 2003-cü ildə nəşr olunub, dilimizə 2011-ci ildə tərcümə olunub. Dünyada 12 milyondan çox satılıb. 2005-ci ildə roman ABŞ-da bestsellerlər siyahısında üçüncü yeri tutub. 2007-ci ildə isə kitab əsasında eyniadlı film çəkilib.
Kitabı birinci oxumaq məsləhətdi, film də pis alınmayıb, amma kitab qədər təsirli deyil və normal olaraq təhriflər çoxdu. Çünki, o boyda əsəri 2 saatlıq filmə sığdırmaq elə də asan iş deyil. Bütün bunları nəzərə alsaq, film də maraqlıdı.

Demək olar ki, romanda çox mövzuya toxunulub: dostluq, sevgi, fədakarlıq, vətən həsrəti, xəyanət, nifrət...
Əsərin baş qəhrəmanları iki dost- Həsən və Əmirdir.

The kite runnerƏmir-Varlı ailənin övladı. Gözünü açandan həmişə cah-cəlal içində böyümüş bir uşaq. Həyatda çətinliklərlə rastlaşmayıb və təbiətən də zəiflik hiss olunur bu obrazda. Tək sadiq dostu isə qulluqçularının oğlu Həsəndir.

Həsən- Qulluqçu, Həzəra uşağı(Həzəra-Xəzər Türkləridir).Əmirin həqiqi və ən sadiq tək dostu. Əmirdən kiçik olmasına baxmayaraq mərd, dürüst, cəsur və sadiqdir Həsən.

Əsərdə bütün hadisələr Əmirin dilindən nəql edilir. Bir gün Kabildə olduqca məşhur olan Çərpələng uçurtma yarışmasından sonra baş verən hadisə hər şeyi dəyişir. Daha orda nə baş verir, onu yazmıram, oxumaq istəyənlər üçün maraqlı olsun.
Əsərdə həmçinin Əfqanıstanın vəziyyəti yazıçının dili ilə daha aydın çatdırılır. İki Əfqanıstan görürük: müharibədən əvvəlki və sonrakı.
Əsər olduqca axıcıdı və insanı heç yormur, əksinə hər səhifə daha da maraq oyadır.
Bir sözlə, oxumağa dəyər.

Əsərdən aforizmə çevrilən və maraqlı olan hissələr:
● Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur.
Bütün başqa günahlar oğurluğun müxtəlif  formalarıdır.  Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan.  Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
● Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
● Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək.
● Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər.
● Bu dəfə qarışqanın yerində Həsən, lupa ilə ona əziyyət verən isə mən idim.
● Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür.
● Rəhim xan: Onda Hüməyra və mən bütün dünyaya qarşı idik. Və sənə deyim ki, Əmircan, sonda həmişə dünya qalib gəlir. Dünyanın gərdişi belədir.
● “Az qala qalib gəlmək” olmur. Adam ya qalib olur, ya yox.
● Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər…
● Uşaqlar qorxuyla belə mübarizə aparır-  onlar yuxuya gedirlər.
● Həkim “ağrıtmayacaq” deyirsə, işin xarabdır...
● Nəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir.
● Çərpələng o tərəf-bu tərəfə süzdükcə sənin fikirlərin də eyni dolanbacları keçir.
● Lənətə gəlmiş o qədər təmiz idi ki, adam onun yanında özünü təmiz qızılın yanında qoyulmuş qəlp pul kimi hiss edirdi.
● Səndən ötrü min yol!

 
P.S: Əsər haqda çox az məlumat verdim, bilərəkdən, çünki çox məlumat əsərə marağı azlda bilər. Bir sözlə, oxumağa dəyər.

Hazırladı: Axundova Təhminə 

 

29 şərh

pascal
Tövsiyənlə "Əli və Nino«nu oxudum və bu gözəl təhrikinə görə sənə minnətdaram. „Çərpənəg uçurmağa“da çalışacam. ;) :)
_BUMERANQ_
Buna səbəb olduğumçün çox şadam :) İnşAllah çərpələng də uçurarsan :)
pascal
Kayzendə vəzifə bölgüsü yaransa, səni «kayzen kitabxanasının müdiri» qoymaq lazımdır. Əvvəl kitabları özün oxuyur, sonra üzvlərə tövsiyə edirsən. Ən gözəl və ali vəzifədir mənə görə. ;) :))
Ferbara
:)) Tam uyğun vəzifə olardı. :)
_BUMERANQ_
Yox canım, hələ o qədər də çox mütaliəli deyiləm. 
Yenə də çox sağ olun :) 
HeRa_Queen

hmm düzü məlumatım yoxuydu bu əsər haqqında… yeni məlumat üçün təşəkkür edirəm :)

bu əsəri də yaxın zamanda sənin çox yaxşı tanıdığın insandan əldə edəcəm ;)

gulwan
Çox super əsərdir oxuyub təsirindən asan çıxa bilməyəcəyiniz əsərdir. mənim yadıma düşəndə hələdə çox pis oluram keçən il oxuçuşam qrup yoldaşım hədiyyə eləmişdi kitabı. indi ən əziz kitabımdı. həm hədiyyə edən adam üçün, həmdə əsərin bu qədər unudulmaz oluğu üçün.
tarixci1919
Kitabı keçən il almışdım, indi kimdə olduğunu bilmirəm. Tanışımın tanışının tanışının...tanışındadı. Kim oxuyursa istəyir tanıdığı da oxusun. Xəşladığım və yadımda qalan cümlələrdən biri "ürəyim sinəmdə yallı gedir" ürəyinin bərk atmasını izah edir:)
 Sağ olun, kitabları tanıdıb tövsiyə ettiyiniz üçün, davamı da gəlsin. 
SHATENKA407
Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur.
Bütün başqa günahlar oğurluğun müxtəlif  formalarıdır.  Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan.  Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
Lily996
cox maraqli esere oxwayir.mutleq oxuyacam))))))))
rdgr
mən də istəyirəm oxuyum amma növbədə çox kitab var
türkce alaram böyük ehtimal 
BaRLeLiTa
Birnəfəsə oxuduğum kitablardan biridir. Kitabı oxuduqca sanki, əsərin qəhrəmanları ilə birgə onların yaşadıqlarını yaşayır, sevincli, kədərli anında səndə onlarla olursan kimi gəlir ( hərşey elə realdı ki, əsərdə), gətmədiyin bir yerə, getmiş kimi, orada özünü olmuş kimi hiss edirsən. Sadə və başa düşülən dildə yazılması, oxucuya hər hadisəni dəqiqliknən çatdırması, hiss etdirməsi, hər yazıçının baçardığı iş deyil. 
Təsirləndirici bir çox səhnələri var ki, oxuduqda göz yaşlarını saxlamaq bacarığında olmursan. İnsanı düşündürən bir çox suallar var ki, onları cavablandırmağa aciz qalırsan. Çox söz yazmaq olar, amma məsləhətim oxuyun bir çox şeyləri özünüz anlamağa çalışın, kimnənsə nəyisə eşitmək başqa, öz gözlərinizlə oxuyub, yaşamaq, hiss etmək başqadı.
İkinci əsərinində çox gözəl əsər olduğunu deməyi özümə borc bilirəm.
Kitabların mütaliələrinə davam! Təşəkkürlər :)
 
Nermin Nebibeyli
en chox sevdiyim kitablardan biridir
Rene
Açığı bu kitabın adı və bestseller olması marağımı çəkdi, girişdəki qısa məlumatı da oxudum pis kitaba oxşamırdı, amma niyəsə son anda fikrimi dəyişdim. İndisə təriflədin, oxumaq istədim :) Maraqlıdı, original (ingilis) versiyası var satışda? Varsa hansı mağazada? Mən «Ali & Nino»da Azərbaycan dilində görmüşdüm… Amma türk dilində də maraqlı olar, onların bədii dili qəşəngdi. Bumeranq hansı dildə oxumusan?
_BUMERANQ_
Düzü mən o kitabı satışda ancaq ana dilində görmüşəm, elə özüm də ana dilində oxumuşam. Razıyam türkcə daha yaxşıdı. İngiliscə də orijinal dili olduğu üçün yəqin ki, ondan da yaxşı olacaq.
Qanun nəşriyyatının tərcümələri elə də uğurlu alınmır, amma bu kitabın tərcüməsi Elif Şafakın "İskender«inə baxanda yaxşı idi. „İskender“in tərcüməsi bərbaddan bir az pis idi. yaxşı ki»Aşk"ı türkcə oxumuşdum.
Amma əsəri digər dillərdə əldə etmək üçün burdanburdan marqlana bilərsən. Məncə, bu səhifələrdən tapa biləcəksən. 
Rene

Ok, Allah razı olsun.

_BUMERANQ_
Buyur. Cümləmizdən.
bayramli_ferid
Çox gözəl kitabdı oxumağa dəyər :)
pascal
Kitabı əldə edə bilməmişəm hələ, amma, filmə baxdım. Təsirlidir.
gulwan
sabah flarmoniyada kitab yarmarkası olacaq ordan ələ eliyə bilərsiz saat 11-dən 17-dək
Philolog_
Çox gözəl romandır!
velili_hemide
maraqlıdır… bu kitabı tapsam gərək mütləq alım :) yazı üçün təşəkkürlər, BUMERANQ
imtogrul
Mən rayonda qalıram. Təxminən 5 ay öncə şəhərə gələndə bu kitabı alacağımı planlaşdırdım. Amma yadımnan çıxdı və avtodayanacaqda tam rayona gedəcəyim anda kitab yadıma düşdü. Geri qayıdıb 28 Mayda kitab mağazasından kitabı aldım… Oxuyub bitirəndən sonra kitab üçün geri qayıtdığıma görə sevindim. Ən çox diqqətimi çəkən qəhrəmanın bütün olanları səmimiyyətcə etiraf etməsi idi. Qorxaqlığı, yalançılığı, xüdbinliyi, etibasızlığı — bütün bunları etiraf etməsi. Əgər,sadaladıqlarım qəhrəman tərəfindən etiraf olunmasaydı bu möhəşəm əsər də yaranmazdı məncə… Əslində insan həyatı da çərpələng kimidi — mübarizə apara bilmirsənsə mütləq enişə məhkumdu…
member
Əsəri bu yaxınlarda yaxın bir dostumun məsləhəti ilə oxudum.Çox xoşuma gəldi.İlk kitabdır ki,bu qədər təsirlənirdim.Filmi də çox maraqlıdır.Lakin ilk öncə kitabı oxumağı məsləhət görərdim.Çünki,kitabda hər şey ən kiçik xırdalığa qədər əks olunub.
rdgr
Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.

menim de ilk en sevdiiyim bu olmusdu.Həsən isə mənə çox təsir etmişdi.Filmini də izləməyi  istəyirəm amma hələ vaxt edə bilməmişəm. 
asel
Nəhayət ki, mən də oxudum… Hələ də təsirindən çıxa bilmirəm...Düzdü, bəzi məqamlar var ki, həyəcansız oxumaq olmur.. BUMERANQ, sənə minnətdaram bu əsəri tövsiyə etdiyin üçün.
_BUMERANQ_
Oxuduğuna, ən əsası bəyəndiyinə çox sevindim, Asel :)
seyidova
Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)))))))
seyidova
Bir vərəqə oxuyacağım kitab adları yazdım.Ən birinci «The Kite Runner»oldu.